Kitab sevənlərə xoş xəbər

2 May 2017 11:03 (UTC+04:00)

Mayın 3-də M.F.Axundzadə adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"nın elektron xidmətlərinin təqdimatı keçiriləcək. Tədbirə "Hədəf Nəşrləri" də öz müəllifləri ilə qatılacaq. Nəşriyyatdan SİA-ya bildirilib ki, təqdimat müddətində müəlliflərlə "imzalı görüşlər" də təşkil olunacaq.

Həmin gün Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində kitab satışı da açılacaq. Tədbirdə "Hədəf Nəşrləri"nə məxsus kitablar 30 faiz endirimlə təklif ediləcək.