Azərbaycanın Rusiyadan növbəti dəfə müasir hərbi texnologiyalara əsaslanan texnika və silahlar alması Ermənistan ictimaiyyətinin təlaşlarlarını artırıb. Düşmən ölkənin mətbuatında demək olar ki, hər gün bu mövzuda məsələlər qabardılır, hərbi ekspertlər və ictimai-siyasi təşkilat rəhbərləri proqnozlar verirlər. SİA xəbər verir ki, bu dəfə Ermənistanın birinci kanal saytına "Sağ qalmaq sənəti" təşkilatının rəhbəri Vova Vardanov sözügedən məsələ ilə bağlı açıqlama verib. Mövzuda xüsusilə qeyd olunub ki, Azərbaycana verilən silahlar eyni zamanda Ermənistana da verilir, lakin Azərbaycana satılan silahların dəyəri bazar qiymətindən aşağıdır. Jurnalist Vardanova sual edərək belə halda balansın qorunub saxlanmasının nə qədər mümkün olması barədə də sual edib. Ekspert isə bildirib ki, bazar qiymətindən aşağı satılan silahlar Ermənistana da verilir, hətta daxili qiymətlərə də silah satılır. Lakin balans haqqında gözbağlayıcılıq edərək fokus göstərməyə ehtiyac yoxdur. SİTAT: "Əgər tərəzinin bir gözündə 10 ton ağırlığında, digər gözündə isə 10 kq ağırlığında yük varsa və 10 ton yükə yenə yük qoyub tarazlıqdan danışırsansa, bu absurddur. Bu, çaşdırıcı bəyanatlara daxil olan manipulyasiyalardır".
Erməni jurnalist ekspertə Moskvanın Bakıya silah satması müqabilində Ermənistan ictimaiyyətinin Rusiyanın Gümrüdəki bazasının bağlanması tələbi ilə çıxış etməsi barədə sual verərkən, o bir daha ermənilərin Rusiyanın nökərləri olduqlarını etiraf edərək deyib ki, hərbi baza ermənilərə lazımdır. "Moskva Bakı ilə amoral işbirliyinə gedib, ancaq bizim cavab addımımız hərbi bazanın bağlanması tələbi ilə verilməməlidir".
Rövşən Nurəddinoğlu