Bakının bu prospektində hərəkət çətinləşir

2 May 2017 10:15 (UTC+04:00)

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00-dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.