Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi start götürəcək. SİA-nın məlumatına görə, ilk oyun günündə Madrid derbisi baş tutacaq. "Real" öz meydanında "Atletiko"nu qəbul edəcək.
Son 3 ildə bu komandalar Çempionlar Liqasının finalında 2 dəfə üz-üzə gəliblər ki, hər iki halda da "Real" kuboku başı üzərinə qaldırıb.
Komandalar meydana ciddi itkilərlə çıxacaqlar. "Real"da zədə səbəbindən Beyl və Pepe forma geyinməyəcək. "Atletiko"da isə eyni problemə görə Xuanfran və Karraskonun meydana çıxmayacağı söylənilir.
Qeyd edək ki, cavab görüşləri 1 həftə sonra keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
2 may
23:45. "Real" (İspaniya) - "Atletiko" ("İspaniya)
3 may
"Monako" (Fransa) - "Yuventus" (İtaliya)