Ramiz Quliyev “Şərəf” ordeni ilə təltif edildi

1 May 2017 18:55 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Əyyub oğlu Quliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Ramiz Əyyub oğlu Quliyev "Şərəf" ordeni ilə təltif edilsin.