Texas ştatında təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

30 Aprel 2017 05:07 (UTC+04:00)

ABŞ-ın Texas ştatının Amarilo şəhərində kiçik həcmli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilib. Polis olayın səbəblərini araşdırmaq üçün tədqiqat aparır.