Şəmkir sakinini ilan sancıb

29 Aprel 2017 04:16 (UTC+04:00)

Şəmkir rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayramlı kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov Həsrət dünən ilanvurma əlaməti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. H. Cəfərov bildirib ki, o əkin sahəsini suvaran zaman ilan onun ayağından sancıb.