Estoniyalı nazir: “Rusiya Belarusa ordu yeridir”

28 Aprel 2017 21:20 (UTC+04:00)

Rusiya Qərb-2017 hərbi təlimindən sonra öz ordularını Belarusda saxlayacaq. Axar.az xəbər verir ki, bunu "Röyter" agentliyinə müsahibəsində Estoniya Müdafiə naziri Marqus Saxkna söyləyib.

"Rusiyadan Belarusa ordu yeridilməsi üçün 4000 vaqondan istifadə ediləcək. Biz Rusiyanın Qərb-2017 təliminə hazırlığının dərinliyini analiz edirik. Biz görürük ki, onlar Avropa Birliyi və NATO-nun sərhədlərinin digər tərəfində nə edirlər. Tallin artıq öz fikirlərini NATO-dakı müttəfiqləri ilə də bölüşüb", – deyə o bildirib.