Azərbaycanlı rejissordan daha bir yenilik AÇIQLAMA

27 Aprel 2017 12:15 (UTC+04:00)

Rejissor Nail Naiboğlu yeniliyə imza atıb. SİA-ya danışan rejissor muğam ifaçısı Ayşən Mehdiyevaya ilə iş birliyində olduğunu bildirib: "Muğam ifaçısı Ayşən Mehdiyevaya yeni klip çəkmişəm. İfaçının "Eşqimiz" mahnısını ekranlaşdırmışam. Klipdə muğam ifaçısı müğənni kimi çəkilib. Ondan başqa klipdə 2 aktyor yer alıb. Ekran işində model Ceyhunə Əliyeva və Samir çəkilib. Klip Şamaxıda lentə alınıb. Ekran işi nakam sevgidən bəhs olunur. Ekran işi Türkiyə kliplərinin formatında çəkilib. Onu da qeyd edim ki, "Eşqimiz" adlı klip Türkiyənin musiqi şirkəti tərəfindən sifariş olunub".