Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.
Qeyd edək ki, "Bakı-2017"də "A" qrupunda mübarizə aparacaq millimiz Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan basketbolçuları ilə qarşılaşacaq.