Pol Poqba "Mançester Siti" ilə oyunu buraxacaq

26 Aprel 2017 23:06 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınan "Mançester Siti" ilə oyunu buraxacaq. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Joze Mourinyo bildirib. O, fransalı yarımmüdafiəçinin zədə səbəbindən sözügedən matçda iştirak etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək.