YAP İmişli rayon təşkilatının X konfransı keçirilib FOTOLAR

26 Aprel 2017 15:09 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının X konfransı keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları öncə İmişli rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Sonra konfrans öz işinə başlayıb.

Qeyd edək ki, konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev və digər qonaqlar iştirak ediblər.

Konfransda YAP İmişli rayon təşkilatının sədri Səfa Agayev hesabat məruzəsi ilə çıxış edərək partiyanın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib: "Rayon təşkilatı öz sıralarını daim genişləndirir. YAP İmişli rayon təşkilatı 89 ərazi ilk partiya təşkilatını özündə birləşdirir və üzvülərinin sayı 8500 nəfərdən çoxdur. Hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sıralarına 1562 nəfər üzv qəbul olunub və bunların 964-ü gənc, 1058-i isə qadındır. Yeni qəbul olunan partiya üzvlərindən 978 nəfəri ali təhsilli, 1160 nəfəri orta ixtisas təhsili, 358 nəfəri isə orta təhsillidir. Partiyamızın rayon fəalları ölkəmizdə keçirilən bütün siyasi tədbirlərdə, prezident, parlament, bələdiyyə seçkilərində və referendumda fəal iştirak edərək ölkəmizin xoş sabahı naminə öz yüksək etimadlarını bildiriblər. Bundan əlavə YAP üzvüləri rayonun ictimai siyasi və mədəni həyatının bütün sahələrində fəal iştirak edir, olkəmizin inkişafı üçün öz köməyini əsirgəmir".

Konfransda məruzə ətrafında çıxış edənlər bildirliblər ki, YAP bundan sonrada olkəmizn sosial iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun daha da artması istiqamətində fəaliyyətini davam etdirəcək. YAP İmişli rayon təşkilatı Ulu Öndərin zəngin idaeyalarını daim rəhbər tutaraq bundan sonra da üzərlərinə düşən işin öhdəsindən şərəflə gələcək, ölkəmizin xoş sahabı, xalqımızın firəvan həyatı naminə bütün səy və bacarıqlarını əsirgəməyəcək. Çıxış edənlər YAP İmişli rayon təşkilatının X konfransına qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Konfransda təşkilati məsələlərə baxılıb. Səfa Ağayev yenidən YAP İmişli rayon Təşkilatının sədri seçilib.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edib və bildirib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.

"Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan partiyanın rolundan bəhs edib: "Yarandığı ilk gündən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Partiya sıralarında gənclərin, qadınların sayında artımın olması təqdirəlayiq haldır. Onların fəaliyyəti layiqincə qiymətləndirilir. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və bundan sonra da bu fəaliyyət davam edəcək".

Sonda İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, rayon təşkilatının gördüyü işlərdən danışıb və partiya sıralarına yeni qoşulan gənclərə YAP-ın üzvlük vəsiqələrini təqdim edib.

İqbal Mikayılov