Koreyalı nazir: "Düşmən yer üzündən silinəcək”

25 Aprel 2017 05:18 (UTC+04:00)

ABŞ-ın hərbi bazalarını vurmaq qabiliyyətinə malik olan nüvə silahlarımız platformalarda hazır vəziyyətə gətirilib. Axar.az xəbər verir ki, bu sözləri Şimali Koreyanın Müdafiə naziri Pak Yonq-Siq deyib. "Həm ABŞ torpaqlarını, həm də Sakit okeandakı hərbi bazaları vurmaq qabiliyyətinə malik silahlarımız döyüş vəziyyətinə gətirilib. Hərbi təhlükə yaranarsa, düşmən yer üzündən silinəcək", - nazir bildirib.

Qeyd edək ki, tərəflər qarşılıqlı olaraq bir-birilərini müharibə ilə təhdid edirlər.