Çin XİN rəhbəri: ABŞ və Koreya soyuqqanlı olmalıdır

24 Aprel 2017 04:07 (UTC+04:00)

Hazırda soyuqqanlı olmaq lazımdır. Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər nazri Vanq Yi ABŞ-Şimali Koreya arasında artan gərginliyə münasibət bildirərkən deyib. Nazir bildirib ki, ölkəsi tərəflər arasında dialoqun yaradılması üçün konstruktiv mövqe sərgiləməyə davam edəcək.

Qeyd edək ki, son günlər Pxenyanla Vaşinqton arasında gərginlik getdikcə artır. ABŞ-ın bir neçə hərbi gəmisi artıq Koreya sahillərində yerləşdirilib.