Nazarov komandasını məğlubiyyətdən qurtardı

22 Aprel 2017 22:38 (UTC+04:00)

Millimizin və "Ertsqebirge Aue" futbolçusu Dmitri Nazarov Almaniyanın 2-ci bundesliqasında növbəti qolunu vurub. Qol.az-ın məlumatına görə, o, 30-cu turda "Hannover"lə matçda komandasını məğlubiyyətdən qurtarıb. D.Nazarov 90+4 dəqiqədə fərqlənib.

"Ertsqebirge Aue" - "Hannover" - 2:2
Qollar:
Valdemar Anton, 3 (0:1), Paskal Koepke, 35 (1:1), Martin Hanrik, 59 (1:2), Dmitri Nazarov, 90+4 (2:2)

Qeyd edək ki, D.Nazarov sözügedən matçda 90 dəqiqə meydanda olub.

O, bu mövsüm 24 oyunda 8 qol vurub (6-sını penaltidən), 1 qolun ötürməsini verib.

Əlavə edək ki, "Ertsqebirge Aue" 30 turdan sonra 33 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.