Luis Enrike: "Bu final matçıdır”

22 Aprel 2017 21:03 (UTC+04:00)

"Barselona"nın baş məşqçisi Luis Enrike sabah Madriddə "Real"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb. Katalon klubunun rəsmi Tvitter səhifəsində yer alan xəbərə görə, o bildirib ki, komandası öz oyun üslubuna sadiq qalmalı və faydalı hərəkət etməlidir: "Barselona"ya qələbə üçün "Santyaqo Bernabeu"dan gözəl yer yoxdur. Bu, həlledici matçdır. Bu oyun çempionatın taleyini həll də edə bilər, qapıları açıq saxlaya da. Bizim üçün, bu final matçıdır".

Xatırladaq ki, "Real" – "Barselona" oyunu sabah Bakı vaxtı ilə saat 22.45-də başlanacaq. Hazırda "Real" 31 oyundan 75 xalla 1-ci, "Barselona" 32 oyundan 72 xalla 2-ci yeri tutur.