Paytaxt sakinindən ov tüfəngi və qumbara götürüldü

22 Aprel 2017 14:17 (UTC+04:00)

Bakı sakinlərindən ov tüfəngi və qumbara götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Şamil Hüseynov "İJ-12" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Rzayevdən "RQD" markalı qumbara götürülüb.