Ağ Ev: Tramp Rusiya qırıcılarının uçuşlarından xəbərdardır

22 Aprel 2017 04:16 (UTC+04:00)

Prezident Donald Tramp Rusiya qırıcılarının Alyaska ətrafında uçuşlarından xəbərdardır. Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Şon Spayser mətbuat konfransı zamanı deyib. O, belə uçuşların qeyri-adi olmadığını bildirib: "Biz də beynəlxalq hava məkanında uçuşlar həyata keçiririk. Bu, beynəxalq qaydalara tamamilə uyğundur".

Xatırladaq ki, Rusiyaya məxsus Tu-95 qırıcıları iki gün ərzində Alyaska civarında uçuşlar həyata keçiriblər.