Aprel şəhidi Müşfiq Orucovun məzarı ziyarət olunub FOTOLAR - SƏS TV

21 Aprel 2017 15:27 (UTC+04:00)

Bu gün aprel döyüşlərində şəhid olan Müşfiq Orucovun məzarı ziyarət olunub. SİA-nın məlumatına görə, şəhidin məzarını ziyarət etmək üçün təşkil olunan mərasimə millət vəkili Qənirə Paşayeva, 317 nömrəli orta məktəbin şagidləri, şəhidin valideynləri və başqaları qatılıblar.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərlə fəxr etdiyini bildirib: "Hər bir insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Müşfiq Orucov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Müşfiq Orucov kimi torpaq uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Müşfiqi tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm. Azərbaycan xalqı inanır ki, Müşfiq Orucov kimi qəhrəmanlarımızın sayəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız azad olunacaq, üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalanacaq".

Sonda Suraxanı rayon 317 nömrəli orta məktəbin şagidləri şeirlər səsləndirərək, şəhid Müşfiq Orucovun məzarı üstünə qərənfillər düzüblər.

Allah rəhmət eləsin!