Goranboyda qısqanc ər arvadını bıçaqlayıb

21 Aprel 2017 14:41 (UTC+04:00)

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məumata görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. 25 yaşlı Tünzalə Mehdiyeva həyat yoldaşı tərəfindən bıçaqlanıb. O ağır vəziyyətdə rayon Mərkəzi Xəsətəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.