3 - cü Nəslin Təhsili: Şərq və Qərb konfransına start verilib TƏDBİR - SƏS TV

21 Aprel 2017 12:50 (UTC+04:00)

3 - cü Nəslin Təhsili: Şərq və Qərb konfransına start verilib. Konfransda Avrasiya Universitetinin rektoru Nazim Hüseynli, Təhsil Nazirliyinin nümayəndəsi Kamran Rəsulov, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və digərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Avrasiya universitetinin rektoru Nazim Hüseynli hər kəsi salamlayıb. Konfransın gedişinə uğurlar arzulayıb.

Daha sonra təhsil nazirliyinin rəsmisi Kamran Rəsulov çıxış edib. Onun sözlərinə görə, bu proqram Avropa İttifaqına üzv olan dövlətlərin ali təhsil müəsisələrinin tələbələri ilə əlaqə o cümlədən, Azərbaycan təhsil sistemində islahatlara yardım göstərmək məqsədi daşımaqdadır: "İndiyə qədər Azərbaycan təhsil sistemində 600-dən çox tələbə, professor, müəllim, inzibati işçi Avropanın ali təhsil müəsisəsində keçirilən konfransların, seminarların işrirakçısı olublar".

Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib. Onun sözlərinə görə, dünyada gedən proseslər təhsildə müəyyən məsələləri aktuallaşdırır: "Bu aktual məsələlərdən biri də dünyada gedən demoqrafik dəyişikliklər və dünya əhalisinin yaşlaşma prosesidir. Müəyyən təhlilər göstərir ki, son 15 ildə ümumi əhalinin sayında yaşlı əhalinin artımı 48% təşkil edirsə, proqnozlara görə isə bu tendensiya artmağa doğru gedir. Artıq əhalinin qocalması prosesi 21-ci əsrin sosial problemi sayılır. Demoqrafik qocalma prosesi maliyyə bazarına, ərzaq və xidmət tələbatlarına, sosial müdafiəyə və nəsillər arası təhsilə öz münasibətini göstərir".