Əfsanə “Qalatasaray”lı Mondraqona silahlı hücum olub

21 Aprel 2017 07:06 (UTC+04:00)

"Qalatasaray"ın əfsanəvi oyunçularından biri olan Farid Kamilo Mondraqon insidentlə üzləşib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı qapıçı ölkəsində silahlı hücuma məruz qalıb. Bu barədə yerli mətbuata futbolçu özü açıqlama verib. Keçmiş "çərçivə qoruyucusu" bildirib ki, paytaxt Boqotanın idman dükanlarından birində alış-veriş edərkən üzərinə silah çəkilib və saatını verməsi tələb edilib. Özünü itirən oyunçu tələbə əməl edib. Çöldə isə daha 3 nəfər motosikletdə gözləyirmiş. Qeyd edək ki, Mondraqon hadisə ilə bağlı polisə müraciət edib.