Tovuzda 15 yaşlı yeniyetmə qardaşını qətlə yetirib

21 Aprel 2017 03:10 (UTC+04:00)

Dünən Tovuzda qətl hadisəsi törədilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.