Azərbaycanlı beynəlxalq axtarışa verildi

20 Aprel 2017 17:15 (UTC+04:00)

Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib. SİA-nın məlumatına görə, 1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan Ruslan Abdullazadə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir. İstintaqdan yayınan R.Abdullazadə barəsində Azərbaycan məhkəmə orqanı tərəfindən həbs qətimkan tədbiri seçilib. O, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.