Dollar bu gün neçəyə satılır?

20 Aprel 2017 09:08 (UTC+04:00)

Aprelin 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, sabaha USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, aprelin 19-da da USD/AZN rəsmi məzənnəsi 1,7022 manat təşkil edib.