YAP Xaçmaz rayon təşkilatının VIII konfransı keçirilib FOTOLAR

19 Aprel 2017 17:04 (UTC+04:00)

Bu gün YAP Xaçmaz rayon təşkilatının VIII konfransı keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, konfransdan öncə Ulu öndər Heydər Əliyev abidəsinin önünə gül dəstələri qoyulmuş və Yeni Azərbaycan Partiyasının görüntülü mahnısı səslənmişdir.

Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev rayon təşilatının ötən konfransdan sonrakı fəaliyyəti və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış etmişdir: "Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən iri və ən güclü siyasi partiyalarından biri olmuşdur. YAP Xaçmaz rayon təşkilatı 124 ərazi ilk partiya təşkilatında 9018 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 50% -ə yaxını qadınlar, 45% gənclərdir".

Konfransda çıxış edən Nəzarət Təftiş Qrupunun sədri Fərhad Şeydayev, YAP Xaçmaz rayon təşkilatı qadınlar şurasının sədri Sevinc Sədullayeva, YAP Xaçmaz rayon təşkilatı gənclər birliyinin sədri Emil Tağıyev, Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, Heydər Əliyev Mərkəzinin direktoru, mədəniyyət şöbəsinin ərazi ilk partiya təşkilatının sədri Könül Əskərova rayon təşkilatının gördüyü işləri, əldə etdiyi naliyyətləri yüksək qiymətləndirmişlər.

Konfrasın işində iştirak edən Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Abel Məhərrəmov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin üzvləri İlham Əliyev, Eldəniz Səlimov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov və digərləri Ulu Öndər Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyasının ötən 25 ilə yaxın zaman müddətində bir çox uğurlara imza atdığını bildirmişlər. Onu da qeyd etmişlər ki, partiyamızın sıraları genişlənək 700000-ə yaxınlaşmış, beynəlxalq nüfuzu artaraq möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyasına Ulu Öndərimizin siyasi varisi, ölkə başçımız, əziz və sevimli Prezidentimiz İlham Əliyevin rəhbərlik etməsi, Onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etmişdir.

Çıxışlardan sonar təşkilati məslələrə baxılmışdır. YAP Xaçmaz rayon təşkilatının VIII konfransı 45 nəfərdən ibarət Şuranı, 17 nəfərdən ibarət İdarə heyətini və 7 nəfərdən ibarət Nəzarət Təfriş Qrupunun üzvləri seçildi. Konfransda Ülkər Lətifova YAP Xaçmaz rayon təşkilatının 9000-ci üzvünün vəsiqəsini YAP İdarə Gheyətinin üzvü Abel Məhərrəmov təqdim etmişdir. Nazim Ağayev yenidən YAP Xaçmaz rayon təşkilatının sədri seçilmişdir.

YAP Xaçmaz rayon təşkilatının VIII konfransı iştirakçıları adından Yeni Azərbyacn Partiyasının sədri Möhtərəm Prezudentimiz İlham Əliyevə müraciət qəbul olunmuşdur. Sonda YAP Xaçmaz rayon təşkilatının rayon təhsil şöbəsi ilə birgə Ümumilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi Pərvanə Seydəliyevanın təqdimatı dinlənildi.

Rəfiqə