Fed-in iyun ayında faiz artıracağı ehtimalı 50 faizdən aşağı düşdü

19 Aprel 2017 12:57 (UTC+04:00)

İnflyasiyanın yüksələcəyi barədə gözləntilərin azalması ilə əlaqədar olaraq treyderlərin Fed-in İyun ayında faiz artıracağına dair gözləntiləri də azalır. SİA xəbər verir ki, "Bloomberg" tərəfindən toplanan bir göstəriciyə görə, aprel ayının əvvəllərində 60 faiz səviyyəsinin üzərində olan iyunda faiz artırılacağı ehtimalı təxminən 44 faiz səviyyəsinə enib.

İnvestorlar, proqnozu ödəyə bilməyən Mart ayı məşğulluq göstəricisindən və inflyasiyanın sürpriz şəkildə düşməsinin ardından, ABŞ iqtisadiyyatının gücünə və Fed-in 2017-ci ildə ildə üç dəfə faiz artırıb-artıra bilməyəcəyinə dair narahatlıq keçirir. Donald Trump-ın söz verdiyi vergi güzəştləri və infrastruktur xərclərinin hələ də reallaşmamış olması da investorları məyus edən digər bir vəziyyətdir. İnvestorlar Fedin İyunda faiz artıracağına şübhə etməyə başlayıblar.