Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

19 Aprel 2017 11:31 (UTC+04:00)

Azərbaycan Milli Konservatoriyasının konsert zalında Təhsil Nazirliyinin təşkilatçılığı ilə XVIII əsrin görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. SİA-nın məlumatınma görə, tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında və tarixində mövqeyindən söz açıb.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, professor Nizami Cəfərov deyib: "Molla Pənah Vaqif şeiri özü bir musiqidir. Onun yaradıcılığı əsl incidir. Biz bu gün Vaqifin dilində danışırıq. Bəli, Vaqif yaradıcılığı şeirdə Azərbaycan dilinin ilk nümunələrindəndir. Vaqif həm də Qarabağ deməkdir".

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Əməkdar artistlər Təyyar Bayramov, Anar Şuşalı və Milli Konservatoriyanın tələbələri çıxış ediblər.