Zamiqi sevənlərin sayı artdı

19 Aprel 2017 11:01 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Zamiq Hüseynov xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib. SİA-nın məlumatına görə, Zamiqin ifasında olan mahnı Youtube kanalında yerləşdirilib. Baxış sayı 1 milyonu ötüb. Müğənni buna görə, dinləyicilərinə təşəkkür edib: "Ürəyinizə sağlıq. Nə deyirsiniz, bəlkə klip çəkək?".

Qeyd edək ki, "Kaman" mahnısının musiqisi Faiq Sücəddinova, sözləri Xanım İsmayılqızına məxsusdur.