Ölkəmizdə elektron ticarətin həcmi artıb

19 Aprel 2017 02:03 (UTC+04:00)

Azərbaycanda elektron ticarət bazarının həcmi 2017-ci ilin yanvar-mart aylarında 10,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə pərakəndə elektron ticarətin ümumi həcmi 1,7 dəfə artıb.

Hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə pərakəndə ticarət dövriyyəsi 7,9 milyard manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövründən 1,6 faiz çoxdur.