Millimiz İran yığmasını məğlub edib FOTOLAR

18 Aprel 2017 13:10 (UTC+04:00)

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, millimiz İran yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, təlim-məşq toplanışı mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.