Azərbaycanda avtomobil istehsalı 42% azalıb

18 Aprel 2017 12:31 (UTC+04:00)

2017-ci ilin yanvar-mart aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin analoji dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 42,4% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 24,7% artıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 3 ay ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların, fəvvarə armaturunun istehsalı olmamış, ştanqlı quyu nasoslarının istehsalı 21,2% azalıb. Bununla yanaşı, hesabat dövründə 770 ədəd xüsusi təyinatlı kommunal maşınlar və 67 ədəd traktor istehsal edilib.