Valyuta hərracı başladı

18 Aprel 2017 12:22 (UTC+04:00)

Bu gün Mərkəzi Bank növbəti valyuta hərracı keçirir. SİA xəbər verir ki, Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın məbləği dəyişməyib.

Ötən hərracda olduğu kimi bu gün də məbləğ 35 milyon dollar olacaq.

Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi azalaraq 1.7026 manat səviyyəsində formalaşıb.