Nizami Kino Mərkəzindən jurnalistlərə xoş xəbər AÇIQLAMA

18 Aprel 2017 10:46 (UTC+04:00)

Nizami Kino Mərkəzində sabahdan yeni film nümayiş olunacaq. SİA-ya bu haqda Nizami Kono Mərkəzinin mətbuat katibi Arzu xanım məlumat verib: "Bildiyiniz kimi, türkiyəli aktyor Murat Yıldırım və aktrisa Fahriye Evcen rol aldıqları "Sonsuz aşk" filminin Bakıdakı qala gecəsi üçün paytaxtımıza gələcəkdilər. Lakin onların digər ekran işlərinin çəkilişləri olduğu üçün Azərbaycana gəlmələri təxirə düşdü. Bu gün Nizami Kino Mərkəzində "Sonsuz aşk" filmi mətbuat nümayəndələri üçün yayımlanacaq".