ABŞ-da hərbi helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

18 Aprel 2017 06:04 (UTC+04:00)

ABŞ-ın Leonardtaun şəhərində (Merilend ştatı) hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib. Göyərtəsində 3 nəfərin olduğu helikopter qolf meydançasına düşüb. Ekipaj üzvlərindən biri ölüb, digər 2 nəfər ağır yaralanıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.