Futbol jurnalistikası təlimi başlayıb

17 Aprel 2017 15:02 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında ADBTİA-nın İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi başlayıb. SİA-nın məlumatına görə, təcrübəli təlimatçı Dan Meysonun rəhbərliyi ilə keçirilən təlimdə əvvəlcə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova proqramda nəzərdə tutulan məsələlər barədə danışıb, ardınca AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla qısa çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayevanın salamlama nitqindən sonra təlim proqram üzrə öz işinə başlayıb.

Futbol jurnalistikası təliminə aprelin 18-də yekun vurulacaq.