3000 ədəd siqaret aşkar edilib

17 Aprel 2017 12:22 (UTC+04:00)

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.