"Bundan sonra Türkiyə Avropa Birliyinə qatılmayacaq"

17 Aprel 2017 02:18 (UTC+04:00)

Bu referendumun nəticələrindən sonra Türkiyə Avropa Birliyinə qatılmayacaq. Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Türkiyə üzrə xüsusi nümayəndəsi Kati Piri verdiyi açıqlamasında deyib. Piri referendumun nəticələrini üzücü adlandırıb:

"Ədalətsiz bir seçki mühitində Türkiyə əhalisi az bir fərqlə Ərdoğana nəzarətsiz bir səlahiyyət verəcək". AP rəsmisi Konstitusiya dəyişikliyinin qəbul ediləcəyi təqdirdə Avropa Birliyinin qapılarının Türkiyənin üzünə bağlanacağını bildirib.