Su kanalizasiya xətləri yenilənir

15 Aprel 2017 12:14 (UTC+04:00)

Gəncədə su və kanalizasiyası xətlərinin yenilənməsi ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, işlər tam yekunlaşdıqdan sonra ilkin mərhələdə 2 min abonent içməli sudan tam istifadə edəcək.

Hazırki mərhələdə kanalizasiya xətləri tam çəkilib, su xətləri isə birləşdirilərək sayğaclar quraşdırılıb.

İlham Məmmədzadə