Meksikada sərnişin avtobusu ilə benzin tankeri toqquşdu, 24 nəfər öldü

15 Aprel 2017 05:44 (UTC+04:00)

Meksikada sərnişin avtobusu ilə benzin tankerinin toqquşması nəticəsində 24 nəfər ölüb, 9 nəfər yaralanıb. Axar.az xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Petakalko şəhərində baş verib. Adının çəkilməsini istəməyən səlahiyyətlilərdən biri dəhşətli qəza zamanı insanların diri-diri yandıqlarını bildirib.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.