Azərbaycana turist axını xeyli artıb AÇIQLAMA

14 Aprel 2017 16:17 (UTC+04:00)

Cənab Prezident İlham Əliyevin müşavirədəki nitqi 2017-ci ilin ilk rübündə ölkəmizin keçdiyi inkişaf yolunun gerçək mənzərəsini yaradır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, bir daha aydın olur ki, dünyanın müxtəlif ölkələrində və regionumuzda çoxlu problemlərin olduğu bir şəraitdə Azərbaycan bütün sahələrdə inkişaf edib, aparılan islahatlar dərinləşib, xalqın həyat şəraiti yaxşılaşıb, xüsusən dəmiryolu nəqliyyatı sahəsində nəhəng işlər görülüb, dövlətimizin beynəlxalq mövqeləri və nüfuzu artıb. Bütün bunlar sabaha nikbinliklə baxmağa əsas verir."

Musa Qaımlı qeyd edib ki, investisiya proqramları, o cümlədən infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) icra olunur. Bakının və regionların turizm infrastrukturunun inkişaf etdirilməsi nəticəsində Azərbaycana turist axını xeyli artıb. Bu, qarşıya qoyulan prioritet vəzifələrdən hesab edilir.