Qanunsuz yolla siqaretlərin gətirilməsi cəhdinin qarşısı alınıb

14 Aprel 2017 16:12 (UTC+04:00)

Ölkə ərazisinə qanunsuz yolla siqaretlərin gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.