Kamran Ağayev “Pasuş Fereyra” ilə oyunda da kənarda qalacaq

14 Aprel 2017 16:01 (UTC+04:00)

Bu gün Portuqaliya Premyer Liqasında 29-cu tura start veriləcək. SİA-nın məlumatına görə, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" evdə "Pasuş Fereyra" ilə qarşılaşacaq. Mövsümün sonunda Portu təmsilçisindən ayrılacağını açıqlayan Kamran Ağayev bu oyunda da kənarda qalacaq. Emin Mahmudovun isə iştirakı gözlənilir.

Qeyd edək ki, sözügedən matç saat 19:00-da start götürəcək.