Universitetdə kütləvi zəhərlənmə

14 Aprel 2017 12:15 (UTC+04:00)

Türkiyənin Mardin şəhərində yerləşən Artuklu Universitetində günorta yeməyindən sonra kütləvi zəhərlənmə olub. Türkiyə mediası xəbər verir ki, nahar yeməyində universitetin yeməkxanasında toyuq qızartması, plov, şirniyyat və qatıq yeyən tələbələrin vəziyyəti eyni anda pisləşib. Bəzi tələbələr öz imkanları, bəziləri isə təcili yardımla xəstəxanaya çatdırılıblar.

Zəhərlənmənin nəyə görə baş verdiyi isə araşdırılır.