Maşınla adam vuran Sevil Sevinc bacıları: "Sənə çox ehtiyacımız var"

14 Aprel 2017 10:12 (UTC+04:00)

Bir neçə gün bundan öncə avtomobili ilə 87 yaşlı kişini vuran Sevil-Sevinc bacıları uzun müddətdən sonra "İnstagram" səhifələrində paylaşım ediblər. SİA-nın məlumatına görə, bacılar atasının videosunu yayımlayaraq, bu sözləri qeyd ediblər: "Çox ağırdır ki, atanı qucaqlamaq istəyirsən, amma o, yoxdur. Ata, sən bu həyatı necə sevirdin. Vaxtsız gedişin bizim hər şeyimizi əlimizdən aldı. Sənə çox ehtiyacımız var".