İngilis qəzeti Trampın həyat yoldaşından üzr istədi

13 Aprel 2017 22:16 (UTC+04:00)

İngiltərənin "Deyli Meyl"qəzeti ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampdan üzr istəyib. Axar.az xəbər verir ki, buna səbəb həmin qəzetdə birinci xanım haqda yalan məlumatın dərc olunmasıdır. Məlumatın yalan olması təsdiq olunandan sonra qəzet rəhbəri xəbəri sildirib və dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib. Təzminatın məbləği isə 3 milyon dollardır.

Xatırladaq ki, qəzet Melaniya Trampın modellik illərində "eskortluq" etdiyini bildirmiş və bundan sonra Meleniya Tramp qəzetə 150 milyon dollarlıq iddia qaldırmışdı.