Azərbaycan UNEC-in alman magistrinin gözü ilə FOTOLAR

13 Aprel 2017 15:48 (UTC+04:00)

UNEC Almaniyanın Siegen Universiteti ilə bir çox uğurlu layihələr, o cümlədən tələbə mübadiləsi həyata keçirir. Universitetdən SİA-ya verilən xəbərə görə, 2016/17-ci tədris ilinin yaz semestrində mübadilə proqramı çərvisində UNEC-də bir semestr təhsil almaq üçün müraciət edən Siegen Universitetinin magistriləri Jens Bolay və Tim Dettmann Azərbaycana fevralın 15-də gəliblər. Onlar UNEC Biznes Məktəbində təhsil alırlar.

J.Bolay həm də həvəskar fotoqrafdır. Azərbaycana gəldiyi gündən Bakıda və ətraf rayonlarda səfərdə olan alman magistr çəkdiyi fotoları mütəmadi olaraq öz fotobloqunda da yerləşdirir.

J.Bolay UNEC-də təhsil almaq istəyini daha öncə mübadilə proqramı çərçivəsində burada təhsil alan alman tələbələrin fikrinə əsasən seçdiyini bildirir: "Onlar UNEC haqqında çox müsbət fikirdədirlər. Eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu, insanlarının isə çox qonaqpərvər və istiqanlı olduqlarını bildirirdilər. Buna görə də təhsil üçün UNEC-i seçdim. UNEC-də təhsil almaqla yanaşı, həm də bir fotoqraf kimi Azərbaycanın füsünkar təbiətini, göz oxşayan tarixi abidələrini fotokamerasının yaddaşına köçürür.

UNEC-in alman magistrinin çəkdiyi fotoları təqdim edirik: