2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollar olub.
SİA-nın məlumatına görə, bunu aprelin 13- də Bakıda "Qazprombank" SC–nin iştirakı ilə keçirilən Biznes-missiyada Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bildirib.
Onun sözlərinə görə, 2014 və 2015-ci illərlə müqayisədə ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində azalma müşahidə edilib. Hazırda ölkələrimizin iqtisadiyyatı yeni reallıqlara uyğunlaşır. Xüsusilə də investisiya sahəsində canlanma var. "Biz iqtisadiyyatın şaxələndirilməsində və xammaldan asılılığın azaldılmasında maraqlıyıq. Əminəm ki, görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artacaq", - deyə Eldar Tlyabiçev vurğulayıb.