Həndbol üzrə yeniyetmələrin final yarışlarına start verilib

13 Aprel 2017 14:48 (UTC+04:00)

İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə final yarışlarının birinci turuna start verilib. SİA-nın məlumatına görə, yarışda Bakı (2 saylı RİOEUGİM, 12 saylı İOEUGİM) ilə yanaşı, Gəncə, Mingəçevir, Şirvan şəhərlərindan və İsmayıllı, Saatlı, Göygöl rayonlarından 2004-2005-ci il təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Turun ilk qarşılaşmalarında 2 saylı RİOEUGİM-in komandası "Gəncə"yə 15:9 hesabı ilə qalib gəlib. "Saatlı" komandası "İsmayıllı"nı 10:8, "Mingəçevir" "Göygöl"ü 14:9, "Şirvan" kollektivi isə 12 saylı İOEUGİM-i 14:8 hesabı ilə məğlub edib.