Özəlləşdirmə portalından 200 minə yaxın şəxs istifadə edib

13 Aprel 2017 14:12 (UTC+04:00)

Bu il Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib. Bu barədə SİA-ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Komitə tərəfindən dövlət əmlakının özəllədirilməsində şəffaflığın təmin edilməsi, müvafiq presurların elektron üsullarla gerçəkləşdirilməsi üzrə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də Özəllədirmə portalının fəaliyyət göstərməsidir.

Məqsəd ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə şəffaflığın və çevikliyin təmin edilmısi, əmlaklara investorların cəlb edilməsidir. Yarandığı vaxtdan portala maraq artmaqdadı. Bunu statistik məlumatlarda təsdiqləyir. Təkcə bu il ərzində portaldan 200 minə yaxın vətəndaş istifadə edib. Ümumilkdə isə ziyarətçilərin sayı 500 minə yaxınlaşıb. Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb. İnsanların marağını cəlb edən faktorlar bununla bitmir. Beləki, özəlləşdirmə portalının xüsusi və rahat dizayna malik olması da portala daxil olanların sayını artıran səbəblərdəndir.

Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekomnikasiya, nəqliyyat və digər sahələr haqqında məlumat ala bilərlər. Məlumatda hər bir sahəyə uyğun əmlaklar, onların adı, müəssisənin fəaliyyət sahəsi, onun imkanları, rəqibləri qeyd olunub. Bu isə investor üçün bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır. Eyni zamanda investorlar Azərbaycana sərmayə yatırmaq üçün mühüm imkanlara malik olduğunu "Niyə Azərbaycan" bölməsinə daxil olmaqla öyrənə bilərlər.

Statistikaya görə istifadəçilərin ən çox oxuduğu və ziyarət etdiyi bölmə məhz hərraclar bölməsidir. Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbayacanda investisiya mühitinin daha da sağlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır. Eyni zamanda bu ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına gətirib çıxarır.

Xüsusilə qeyd edilməlidir ki, belə hərraclar təkcə paytaxtla kifayətlənmir. Respublikanın müxtəlif şəhər və rayonlarında da müxtəlif növ dövlət əmlakları özəlləşdirilir. Prosesin gedişatını onlayn izləmək olur. Özəlləşdirilən əmlaklar biznes və gəlir məqsədləri üçün istifadə edilir. Özəlləşdiriliən əmlaklar bölgələrdə yeni iş yerlərinin açılma imkanını yaradır. Bu isə orada yaşayan əhalinin yaşayış səviyyəsinə müsbət təsir edən amillərdəndir.

Ziyarətçilər portaldan istifadə edərkən özəlləşdirməyə açıq elan edilən müəssisələr haqqında ətraflı məlumat əldə edə bilir. Beləki, hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir. Hərraca çıxarılan əmlaklar haqqında məlumat "Hərraclar" bölməsində yerləşdirilir. Proses yekunlaşdıqdan sonra nəticələr portalın Nəticələr" bölməsində əks olunur. Bundan başqa ziyarətçilər keçiriləcək hərraclar haqqında məlumatları "Son xəbərlər" bölməsindən əldə edə bilərlər. Hərracların video yazıları portalın "şəkillər və video çarxlar" bölməsində yerləşdirilir. Eyni zamanda prosesin görüntülərinə baxmaq istəyən şəxsin həmin bölməyə daxil olması kifayətdir.

Portalda həmçinin "onlayn məsləhət pəncərəsi" də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. "Onlayn məsləhət pəncərəsi" vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır. İstifadəçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.